“Bəzi saytlar bununla öz çirkin niyyətlərini ifadə edirlər”

Hazırda oxunan: “Bəzi saytlar bununla öz çirkin niyyətlərini ifadə edirlər”

212950
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti cari ilin 12 fevral tarixində komitə sədri Əli Həsənovla bağlı saytımızda yer alan informasiya ilə bağlı məlumat yayıb.xa0

Saytımıza daxil olan məlumatda deyilir:

“Bildiririk ki, “Moderator.az” saytı 12 fevral 2018-ci il tarixdə “Ermənilərin canına yağ kimi yayılacaq açıqlama: "Guya bizim xalqlar arasında düşmənçilik var" adlı yazı yerləşdirmiş və yazıda bildirilir ki, Əli Həsənov İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmlə görüşdə deyib: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur”. Mətbuat xidməti tərəfindən “Moderator.az” saytı ilə əlaqə saxladıq və bildirdik ki, bu görüş 2016-cı ildə olubdur. Orada səslənən fikirləri isə dərc edirik. Baş nazirin müavini Əli Həsənov deyib: “ATƏT-in Minsk Qurupunun Həmsədrləri hər yeniləri seçiləndə bir ideya atırlar ortaya və bunu da müzakirə edə-edə müddətlərini başa vururlar. İndi də, yeni bir fikir atıblar ortaya ki xalqlar arasında qarşılıqlı etimad yaratmaq lazımdır. Biz 200 il qonşuluqda yaşamışıq. Məgər etimad olmayıb? Olub. Bu düşmənçiliyi yaradanlar Ermənistanın separatist faşist rejimi və himayədarıdır...” ardı isə saytda dərc olunan kimidir.xa0

Bu barədə “Moderator.az” saytının rəhbəri ilə əlaqə saxladıq və onlar həmin yazını saytlarından çıxartdılar. Lakin təəssüflər olsun ki, bir sıra saytlar bu yazının ətrafında müzakirələr açır, bəziləri isə öz çirkin niyyətlərini ifadə edirlər. Hesab edirik ki, belə ədalətsiz və məqsədli yanaşma yolverilməzdir”.

Redaksiyadan: Sırf təsadüf nəticəsində Moderator.az -ın əməkdaşı "ölkə.az" saytı tərəfindən paylaşılan sözügedən yazını görmüş və yazının yeni olduğunu düşünərək ölkə.az-a istinadla sayta qoymuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Elçin Qədimov bizimlə əlaqə saxlayandan sonra həmin yazı dərhal silinmişdir. Sadəcə ola bilsin ki bəzi saytlar bizə istinadən həmin yazını veriblər. Ona görə də, Qaçqınkom sədrindən bir daha üzrxahlıq edirik və ümid edirik ki, bu xoşagəlməz olay əməkdaşlığımıza xələl gətirməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin