"Bakı Metropoliteni" QSC: "Hazırda həmin qatarı xətdən çıxartmağa çalışırıq"

Hazırda oxunan: "Bakı Metropoliteni" QSC: "Hazırda həmin qatarı xətdən çıxartmağa çalışırıq"

208995
""Həzi Aslanov" - "Dərnəgül" istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb".

Bu barədə “APA-Economics”x9də "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qatarda baş verən nasazlığa görə sərnişinlərin "28 May" metrostansiyasında boşaldıldığını qeyd edib.

"Saat 18:45-də "Nizami" stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də "28 May" - "Gənclik" stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq", - deyə qurum rəsmisi əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin