"Bosniya və Herseqovinada keçirilən konfransın məqsədi bu idi..." - AMERİKALI JURNALİST

Hazırda oxunan: "Bosniya və Herseqovinada keçirilən konfransın məqsədi bu idi..." - AMERİKALI JURNALİST

196320
Dünyada multikulturalizmin Azərbaycan modelinə böyük maraq göstərirlər. Sarayevoda keçirilən beynəlxalq konfransda bunun bir daha şahidi olduq.

Bunu Moderator.az -a açıqlamasında Amerikalı tədqiqatçı-jurnalist Peter Teys deyib. O bildirib ki, Bosniya və Herseqovinanın Beynəlxalq Travnik Universitetində keçirilən, multikulturalizmin Azərbaycan modelinə həsr olunan konfransda bu mövzuda və memar Əcəmi haqqında məruzə edib. Universitetin prosessor-müəllim heyətinin, tələbələrinin, Sarayevonun dövlət adamlarının iştirak etdiyi konfransda Azərbaycanın Bosniya və Hersoqovinadakı müvəqqəti işlər vəkili Elnur Quliyev də çıxış edib.


Konfransda 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”x9d elan olunduğunu, həmin ildə bu istiqamətdə xeyli iş görüldüyünü xatırlatdığını bildirən Peter Teys deyib ki, məruzəsində multikulturalizmin Azərbaycan modeli barədə tədbir iştirakçılarına geniş məlumat verib.xa0


Tədqiqatçı-jurnalist məruzəsində Ermənistanın işğalçılıq siyasəti haqqında da danışıb:xa0

“Biz konfrans iştirakçılarına həm də Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş əraziləri, həmin bölgələrdə erməni vandallarının dağıtdığı abidələr barədə də məlumat verdik. Bundan başqa, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırdıq. Azərbaycanın qədim tarixi haqqında danışarkən iştirakçılar Naxçıvan arxeologiyası barədə məlumatlara daha çox maraq göstərdilər”x9d.xa0


Peter Teys bildirib ki, Bosniya və Herseqovinada da etnik qruplar yaşayır. Bu etnik qruplar arasında müəyyən münaqişələr olub. Azərbaycanda isə fərqli bir mənzərinin şahidi oluruq. Sizin ölkəniz etnik qrupların bir yerdə mehribancasına yaşaya bilməsinin nümunəsini yaradıb. Odur ki, dünya ölkələri multikulturalizmin Azərbaycan modelini öyrənməyə çalışır. Bosniya və Herseqovinada da keçirilən konfransın məqsədi bu idi. Onlar bu modelin öyrənilməsində və tətbiqində maraqlıdırlar.
Tədqiqatçı-jurnalist Bosniya və Herseqovinanın mərkəzi radiosunda da çıxış edərək Azərbaycan həqiqətlərindən danışıb, multikulturalizmin Azərbaycan modeli barədə ətraflı məlumat verib.

Tural Səfərov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin