Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...

Hazırda oxunan: Müalicə edilməyən reflyuks xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ...

195935
Bir çox insanın həyatında yaşadığı sağlamlıq problemlərindən ən az biri mədə ilə bağlı olur.xa0 Mədə xəstəliklərinin inkişafında bəzən sadəcə yeyilən və içilənlər bəzən də ruh halı təsirlidir.

Moderator.az bildirir ki, reflyuks xəstəliyi olan şəxslərin ən mühüm şikayətləri yeməklərdən sonra döş qəfəsində yanma, ağızda turş dad hissi, mədə üzərində ağrı, gəyirmə, ya da yeyilən qidaların ağıza gəlməsidir. Bunlara əlavə olaraq xroniki öskürək, qidaların tənəffüs sisteminə qaçması, astma, bronxit, xroniki faringit və sinusit reflyuks ilə əlaqəli digər şikayətlər arasında yer alır. Adətən yeməklərdən qısa müddət sonra başlayan bu şikayətlər yeyilən yemək miqdarı çoxaldıqca, ya da qabağa əyilməklə daha da artır.xa0

Xəstələr sinə ağrısı ilə döş qəfəsindəki yanma hissini ayırd edilə bilmədikləri üçün xüsusilə axşamlar yeməklərdən sonra sinə ağrısı şikayəti ilə təcili xidmətlərə müraciət edirlər.xa0

Bir çox reflyuks xəstəsinin müalicə prosesində əvvəlcə həyat tərzində olunan dəyişikliklər, pəhriz və təbii ki, dərman müalicəsi müsbət nəticə verir.

Həyat tərzindəki dəyişikliklər, pəhriz və müntəzəm dərman müalicəsinə baxmayaraq şikayətləri tam keçməyən xəstələrdə lazımi tədqiqatlar aparıldıqdan sonra cərrahi müalicə prosesinə həkim tərəfindən qərar verilir.
xa0
Cərrahi müalicə tətbiq olunmadığı halda, reflyuksu olan xəstələrin ömür boyu dərman istifadə etməsi lazımdır. Reflyuks xəstəliyi uzun müddət müalicə edilmədikdə yemək borusunda darlıq və yaxud “Barrett ezofaqus”x9d kimi tanınan qida borusu ilə mədənin birləşdiyi yerdə xərçəng yaranmasına səbəb ola bilər. Buna görə də reflyuks ciddiyə alınması və müalicə edilməsi lazım olan əhəmiyyətli xəstəliklərdən biridir.


Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin