Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, xa0İsrail rəhbərliyi, Ramazan ayı ərzində yaşı 30-dan aşağı olan müsəlmanların Məscidi-Əqsaya girişlərini qadağan edən qərar qəbul edib. Bu müddətdə yalnız 30-40 yaş arasındakı fələstinlilərin məşcidə girişinə icazə veriləcək.xa0
Alınan qərarlara görə yaşları 30 dan aşağı olan gənclərin Ramazan Ayı boyunca Məscidi-Əqsaya girişlərinə icazə verilməyəcək.
Yalnız Cümə günləri 30-40 yaş arasındakı kişi fələstinlilərin Məscidi-Əqsaya girməsinə icazə verilir.
Qədr gecəsində isə yaşı 40 dan çox olan qadın və kişilərin Məscidi-Əqsaya girməsinə icazə veriləcək.
İşğal altındakı Qəzza üçünsə yalnız Cümə günləri xa0yaşı 55-dən çox olan 100 kişi Məscid-i Aksaya daxil ola biləcək. Həftənin digər günləri 300 adama icazə veriləcək.
Türkan Yaqub


































































































