"Mən həyatda olduğu kimi siyasətdə də düz oyunçuyam..."

Hazırda oxunan: "Mən həyatda olduğu kimi siyasətdə də düz oyunçuyam..."

165166
Dəyərli dostlar! Üç gün müddət tamam oldu. Vaxt vermişdim ki, sosial şəbəklələrdə,saytlarda mənə istinad edilərək deyilən konkret böhtanların mənbəyini tapıb göstərsinlər, ancaq səs-səmir gəlmədi... Demək ki, hamısı gözlənildiyi kimi böhtan olaraq da yerində qaldı. Əvəzində bu saytlar bizim keçmiş məqalələrimizi axtarıb-tapır, mövcud hakimiyyət təmsilçiləri barədə sərt şəkildə yazılmış fikirləri tirajlayırlar ki, bəlkə hakimiyyət orqanları tərəfindən bizə təzyiqlər göstərilsin. Ancaq bir şeyi unudurlar. Mən həyatda olduğu kimi siyasətdə də düz oyunçuyam, fikirlərimi, görüşlərimi bütün müstəvilərdə açıq bildirməyi bacaracaq qədər müstəqilliyimi qoruya bilirəm. Hakimiyyət təmsilçiləri də gözəl bilirlər ki, Fazil Mustafa sərt də, yumşaq da mövqe sərgiləyə bilər, ancaq bunu hansısa xarici ölkədən, hansısa maraqlı şəxslərdən alınan təlimatla etməz, ancaq öz sözünü və düşündüyünü deyir, Azərbaycan dövlətindən başqa heç bir marağa xidmət etməz. Və bir də unutmasınlar ki, millətimizin və dövlətimizin maraqları, eləcə də öz şəxsiyyətim deputat mandatından da, statusundan da çox ucada duran dəyərlərdir, bu dəyərlərə qarşı hücumlara kimsədən və heç nədən çəkinmədən dirənişimizi ortaya qoyacağıq.xa0
Böhtançılar haqqında nə deyəcəyimi təkrarlamaq istəmirəm, bəlkə də zərurət olmazsa bu mövzuya bir daha qayıtmayacağam, ancaq bu üsuldan əl çəkmək həmin adamların özlərini də hörmətsiz vəziyyətə düşməkdən xilas edə bilər.

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin