Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olacaq

Hazırda oxunan: Zəlimxan Yaqubun ölümünün ildönümündə məzarüstü abidəsinin açılışı olacaq

164275
Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq.
Bu barədə xalq şairinin oğlu Bəhlul Yaqubov məlumat verib. Onun sözlərinə görə, yanvarın 9-da saat 11:00-da I Fəxri Xiyabanda Z. Yaqubun məzarı başında şairin xatirəsi anılacaq, mədəniyyət və ədəbiyyat xadimləri, ziyalılar şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışacaq, onun Azərbaycan şeirindəki yerindən bəhs edəcəklər.
Xatirə tədbiri akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutacaq. Abidənin açılışından sonra Təzəpir məscidində mərhum xalq şairi ruhuna ehsan süfrəsi açılacaq. xa0
xa0
Qeyd edək ki, dekabrın 30-da I Fəxri xiyabanda Z. Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.
Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.(apa)
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin