Rəsmi Bakıdan Sarkisyana cavab

Hazırda oxunan: Rəsmi Bakıdan Sarkisyana cavab

146603
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarqsyanın Dağlıq Qarabağ haqqında sonuncu açıqlamasını şərh edib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ölkə daxilində və beynəlxalq səviyyədə nüfuzunu itirmiş Ermənistan rəhbərliyinin bu bəyanatı daxili auditoriyaya ünvanlanmış növbəti açıqlamalardan biridir.

“Bu bir daha onu göstərir ki, keçmişin əsiri olan Ermənistanın siyasi rəhbərliyi bu günün reallığını dərk etmir, hələ də keçən əsrin 80-ci illərinin sonuna xas “səhra komandiri”x9d təfəkkürü ilə düşünür”x9d.

Hikmət Hacıyev  bildirib ki, “tarixi saxtalaşdıran Ermənistan rəhbərliyinin yaddaşını təzələyərək ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar Ağdərə rayonunun Marağa kəndində 1978-ci ildə qurulmuş “Marağa-150”x9d abidəsini xatırlatmaq istərdik.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının başlaması ilə “Marağa-150”x9d abidəsi də 1988-ci ildə qəsdən ermənilər tərəfindən məhv edildi. Bu məntiqlə yanaşsaq ermənilər köç edərək bir neçə onilliklər ərzində yaşadıqları digər ölkələrə də “tarixi erməni torpağıdır”x9d deyə ərazi iddiaları irəli sürə bilərlər”x9d.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi və suveren ərazisidir: “Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna əsla heç kimin şübhəsi olmasın!”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin