Xəbər verdiyimiz kimi müxalifətin Antiböhran Koalisiyasının növbəti toplantısında iştirak edən İsgəndər Həmidov Nəriman Nərimanovun əleyhinə ittihamlar səsləndirərək onu Azərbacan torpaqlarını satmaqda ittiham edib və bildirib ki, Nərimanovun Bakıdakı heykəli götürülməlidir.
Nəriman Nərimanovun ev muzeyinin rəhbəri Kamilə Hüseynova Moderator.az - a açıqlamasıda bildirdi ki, xalqımız Nərimanovun kim olduğunu hələ ki, tam olaraq bilmir:
“Hər bir xalq istəyir ki, öz tarixi şəxsiyyətlərini tanıtsın. Bizim xalq Nərimanovun kim olduğunu tam bilmir. Nərimanov yaşadığı dövrdə öz əməlləri ilə xalqın qəlbində heykəl ucaldıb. Xalq lazım bilib ki, onun şərəfinə heykəl ucaldılıb. Mənim deyiləsi başqa sözüm yoxdur. Bu gün belə biz öz şəxsiyyətlərimizi tanımırıq. Təəssüflər olsun ki, heç tanımaq da istəmirik. Bu bizim ən mənfi cəhətimizdir".


































































































