Bu gün Yasamal rayon Məhkəməsində AzTV sədri Arif Alışanovun media eksperti Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Vəkil Cavid Rzazadə “Qafqazinfo”x9dya açıqlamasında bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə işi baxışa verilib. Arif Alışanov prosesə qatılmayıb.
Müdafiə tərəfi hazırlıq iclasının təxirə salınması və işin baxışa verilməməsi ilə bağlı vəsatət verib. Hakimin qərarı ilə vəsatət təmin edilməyib. Məhkəmə baxışı aprelin 15-nə təyin olunub.




































































































