“Muğanbank" məsul şəxsinə qarşı cinayət işinin açılması barədə yayılmış məlumata münasibət bildirib.xa0
Bankdan Moderator.az-a verilən məlumata görə, heç bir əməkdaş və ya məsul şəxs cinayət məsuliyyətinə cəlb olunmayıb.xa0
"Bir sıra KİV ”“də “Muğanbank “ ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat yayılıb. Bununla bağlı bildiririk ki, “Muğanbank”x9d-ın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilib. Məhkəmə zamanı müəyyən olunub ki, mənzilin mülkiyyətçisi adından Banka təqdim edilmiş etibarnamə saxtalaşdırılıb. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş edib. Nəticədə “Muğanbank”x9d-ın müraciətinə əsasən bu fakt üzrə - xa0müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılıb və iş hal-hazırda istintaq mərhələsindədir. “Muğanbank”x9d-ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmayıb"-deyə bankın məlumatında bildirilir.xa0



































































































