“ASAN məktub”x9d hədiyyələri Xınalığa çatdırıldı -Foto

Hazırda oxunan: “ASAN məktub”x9d hədiyyələri Xınalığa çatdırıldı -Foto

127948

“ASAN məktub”x9d layihəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə Quba rayonunun Xınalıq kəndinə “Offroad”x9d yürüşü təşkil olunub.

Moderator.azxa0xəbər verir ki, yürüşdə məqsəd Xınalıq kəndində yaşayan uşaqların www.asanmektub.az saytında yerləşdirilmiş arzularının reallaşdırılmasıdır.

Novruz bayramı ərəfəsində 20-dək “Offroad”x9d avtomobili vasitəsilə həyata keçirilən səfərdə uşaqların “ASAN məktub”x9da ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırılıb. Uşaqlara, həmçinin kitab aksiyası çərçivəsində toplanmış nəşrlər də təqdim olunub.

Qeyd edək ki, “ASAN məktub”x9d layihəsi vasitəsi ilə Xınalıq kəndində yaşayan 77 uşağın arzu məktubu qeydə alınıb və www.asanmektub.az saytında yerləşdirilib.

“ASAN Könüllüləri”x9d Təşkilatı “ASAN Məktub”x9d layihəsinə 2015-ci ilin noyabr ayında start verib. Layihənin məqsədi sosial cəhətdən həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin