Nobel mükafatı laureatı Lloyd Stauell Şepli vəfat edib.
Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, Şeplinin bel çanağı sınandan sonra bir neçə həftə ərzində onun səhhətində problemlər yaranmağa başlanıb.xa0
Lloyd Stauell Şepli - amerikalı riyaziyyatçı və iqtisadçıdır. Tanınmış nəzəri fəaliyyətləri riyazi iqtisad sahəsində, xüsusilə də “Oyunlar nəzəriyyəsi”x9d haqqındadır. 2012-ci ildə Elvin Rotla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Lloyd Şepli 2 iyun 1923-cü ildə ABŞ-ın Massaçusets ştatında anadan olub. Atası tanınmış astroloq Herlou Şepli idi. İlk və ikinci dərəcəli təhsilindən sonra Harvard Universitetində təhsilə başlamışdır. Lakin II Dünya müharibəsi zamanı,1943-cü ildə əsgərliyə aparılmışdır. Eyni ildə ABŞ Ordusu Hərbi Hava Qüvvələrinin çavuşu olaraq Çinə göndərilmişdir. Burada olarkən SSRİ ordusunun istifadə etdiyi hava vəziyyəti şifrələrini aşkara çıxarması səbəbindən Amerikanlmn Bürünc Ulduz medalı ilə təltif edilmişdir.
Müharibənin sona çatmasından sonra ABŞ-a dönüb 1948-ci ildə Harvard Universiteti Riyaziyyat fakültəsindən məzun olmuşdur. Bundan sonra ABŞ-da qabaqcıl nəzəri araşdırma mərkəzlərindən biri olan Rand Kooperasiyasında bir il çalışdı. Sonra 1950-ci ildə Prinston Universitetində çalışıb dissertasiya hazırlayaraq 1953-də doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsi aldıqdan sonra bir müddət Prinston Universitetində işlədi. Sonra 1964-1981-ci illərdə kariyerasını Rand Kooperasiyasında davam etdirdi. Lloyd Şepli 1981-ci ildə təqaüdə çıxdı, amma Los Anceles Kaliforniya Universitetində Riyaziyyat və İqtisadiyyat fakültələrində Fəxri professor olaraq işləyib.
Şepli 2007-ci ildən Amerika İqtisadi Assosiasiyasının fəxri üzvü idi.
Ramil Həsənli





































































































