Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon “atdı”x9d -Foto

Hazırda oxunan: Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon “atdı”x9d -Foto

120270
Yerli KİV-lərdə Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ov etmək üçün tez-tez Azərbaycana gəlməsi, onun Hacıqabul rayonunun Qarasu kəndində iki villa alması haqda xəbər verilmişdi. 

Moderator.az-ın AzVision.az-a istinadən verdiyi xəbərə görə, ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb. 

Ərəb şahzadə bu evə ara-sıra gəlir. Hazırda həmin mülkdə Rəşid əl-Məktumun dostları, qohumları yaşayır.

Hacıqabulun Qarasu kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, ərəb şeyxləri Cavadov qardaşlarından aldıqları villaların pulunu verməkdən imtina ediblər.

“Eldəniz Cavadov artıq rəhmətə gedib. Dünən onun 40 mərasimi keçirilib. Ərəblər bura keçən ildən gəliblər. Onlar evi satın almaq istədiklərini dedilər. 30 min manata evin 3 aylıq kirayə pulunu verdilər. Sonradan həmin evləri almaq istədiklərini bildirdilər. Ev sahibləri ilə razılığa əsasən onlar 500 min manat ödəməli idilər. İlkin razılıq əsasında həmin evlər ərəblərə satıldı, pulun isə müəyyən vaxtdan sonra veriləcəyinə dair söz verdilər. Amma ərəblər söz verdikləri kimi, evin pulunu vermədilər”x9d, - deyə sakinlər qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin