O öncə əlində tutduğu üçrəngli bayrağımızla Mingəçevir şəhərində Ümummilli liderin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyaraq ehtiramını bildirib. Sonra isə KİV-ə müsahibə verərək, yola çıxmağının məqsədindən danışıb. Murad Musayev bildirib ki, o bu addımı ilə ölkə prezidenti cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etməyi qarşısına məqsəd qoyub. Ölkə rəhbərinin gənclərimizə verdiyi dəstəyi məhz bununla bir daha diqqətə çatdırmaq istəyir. Həmçinin, Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə xalqımızı, gənclərimizi ölkə başçısının ətrafında sıx birləşməyə, daxili və xarici qüvvələrin təxribatlarına qarşı birgə mübarizəyə səsləməkdir.
Qeyd edək ki,Ulu öndərin Mingəçevirdəki abidəsi önündən başlanan yürüş dekabrın 24-də Fəxri Xiyabanda dahi liderin məzarını ziyarət etməklə başa çatacaq.
Qeyd edək ki,Ulu öndərin Mingəçevirdəki abidəsi önündən başlanan yürüş dekabrın 24-də Fəxri Xiyabanda dahi liderin məzarını ziyarət etməklə başa çatacaq.
Ən diqqətçəkən məqam isə, Mingəçevir şəhər icra hakimiyyətinin bu addıma olduqca biganə yanaşması və heç bir rəsmi şəxsin yolasalmada iştirak etməməsidir. Baxmayaraq ki, Murad Musayev bununla bağlı İcra hakimiyyətinə bir neçə dəfə məlumat verib.Yalnız şəhərə yeni təyin olunmuş Polis rəisi Cavid Muradov məsələdən xəbərdar olan kimi dərhal reaksiya verib və yola çıxan gənclə görüşərək, müvafiq qaydada təhlükəsizliyinin təmin olunmasına öz dəstəyini göstərərək, ona uğurlar arzulayıb.(inform.az)






































































































