“Televiziyalarımızda ədəbi dil normalarına tam riayət olunmur”x9d
Moderator.az xəbər verir ki, bunu İnterAz-a AMEA-nın baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd söyləyib. O, bildirib ki, Aparıcılar orfoepiyanı-ədəbi tələffüzü bilmirlər və öyrənmək də istəmirlər.
“Aparıcıların çoxu ləhcə ilə danışır, bəziləri özünü savadlı göstərməkdən üçün sözləri yazıldığı kimi tələffüz edirlər. Elələri də var orta təhsillidirlər, ədəbi savad və mütaliləri olmayıb, veriliş aparanda fikirlərini ifadə edə bilmirlər. Leksikonları kasaddır. Bəzi aparıcılar da rusdilli olduğundan rus-ingilis aksenti ilə danışırlar, mahnıya "maxnı", tənqidə "təngid"deyirlər. Populyarlığa güvənib öyrənmək də istəmirlər”x9d- deyə professor əlavə edib.
Vüqar Əhməd həmçinin bildirib ki, dövri mətbuatda müzakirələrin, tənqidlərin xeyri var. Dəhşət odur ki, aparıcıları tənqid edən dilçi alimlərimizin özləri ekranda sırf dialektlə danışırlar.



































































































