Salyan Neftçala seçki dairəsinin favoriti Fəzail Ağamalıdır - Seçicilər belə deyir

Hazırda oxunan: Salyan Neftçala seçki dairəsinin favoriti Fəzail Ağamalıdır - Seçicilər belə deyir

103479
60 saylı Salyan Neftçala Seçki Dairəsini inzibati ərazisində olan Aşağı Surra, Cəngəm, Qarabağlar, Xalac, Çuxanlı, Yeni kənd yaşayış məntəqələrində seçkiyə hazırlıq çərçivəsində monitorinq apararkən həmdə əhali ilə görüşüblər. Əhali arasında aprdıqları sorğunun nəticəsində burada "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalının mütləq əksəriyyət tərəfindən dəstəkləndiyinin şahdi olublar. Kəndlərdə sorğu apararkən "Kimi dəstəkləyirsiniz?", "Niyə dəstəkləyirsiniz?" - suallarına cavab verən kənd camaatının cavabları belə olub.

Fəzail Ağamalının bu vaxt ərzində gördüyü işlərin şahidi olmuşuq. Bu ərazilərdə təmir olunan və yenidən tikilən məktəblər Fəzail Ağamalının adı ilə bağlıdır. Bu ərazilərin qazlaşdırılması və bura gələrkən gördüyünüz o təmir edilmiş yollarda Fəzaiul Ağamalının adı ilə bağlıdır. Bütün bunlları danmaq ən azından Allahsızlıq olardı. başqa yerlərin deputatlarını da görmüşük. 5 ildən bir üzünü görə bilərsən. Fəzail mnüəllim isə xeyrimizə də şərimizə də yarayıb.
Başqa bir ağsaqqal sakinin isə dedikləri,
O gün bir təzə ağzıgöycək namizəd gəlib danışırdı, biz onun görüşündə də sözlərimizi dedik. Biz Fəzail Ağamalıya səs verəcəyik. Başqa namizədlər görəsən indiyə qədər harda idilər, nə yasımızda nə toyumuzda onları bu günə qədər görməmişik. İndi isə gəliblər ki, bizdə sizlərdənik. Rədd olsunlar. Biz o namizədin görüşündədə sözümüzü dedik. Biz səsimizi Fəzail Ağamalıya vermişik və verəcəyik. Düz deyirəm camaat?
Ətrafda yığılan camaat da təsdiq etdilər. Beləliklə apardığımız müşahidələrdən və camaatın əhval ruhiyyəsindən Fəzail Ağamalının bu dairənin seçiciləri arasında çox populyar və bu dairədə onun favorit olduğunu təsdiq etməyə əsas verir. (teref.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin