Tədbiri giriş sözü ilə Masallı rayon Gənlər İdarəsinin müdiri Camal Manafov açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Təşkilatın İcraçı direktoru Tələt Qəribov problemin aktuallığından və onun fəsadları barədə geniş məruzə ilə cıxış etdi. Rayon Ağsaqqallar Şürasının sədr müavini Ələşrəf Niftiyev cıxış ederək dövətimizin bu problemlərin həllində gördüyü işlərdən bəhs edərək, bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışaraq belə tədbirlərin davamlı xarakter daşımasını arzuladı. Tədbirdə Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Habil Sadiqov, Rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burxanov və ekspert Sadiq Həsənov mövzü ətrafında cıxışlar etmişdilər. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər, papaq və köynəklər paylanmışdır.






































































































