Azərbaycanın inşaat sektorunda uzun illərdən bəri fəaliyyət göstərən bir sıra özəl şirkətlər çətin vəziyyətlə üzləşiblər. Belə ki, yerinə yetirdiklər işlərə görə pul ala bilmədikləri üçün işçilərə əməkhaqqı və subpodratçılara ödənişləri verə bilmirlər. Borcun həcmi yüz milyonlarla manata çatır.
Moderator.az - ın xəbərinə görə, təxminən 10 gün əvvəl bu barədə internet-mediaya (//www.interpress.az) ötürülən məlumatda Bakıda genişmiqyaslı tikinti və abadlıq işlərinin aparılmasında iştirak edən “Azərnəqliyyatinşaat”x9d, “Abadlıq LTD”x9d, “SV group”x9d, “Bakı abadlıq xidməti”x9d, “Azimport”x9d , “Rabitəçi”x9d, “Bakı inşaat bərpa”x9d, “Universal Servis komp A”x9d , “NQT”x9d trest, “Əsl inşaat”x9d MMC-lər, 16 saylı İ.İ.T.T, “Təmir-Tikinti AzNY”x9d ASC,“Bərpa NTT”x9d kimi şirkətlərin bu işlərin sifarişçisi olan ARDNŞ-dən (SOCAR) hələ də öz pullarını tam həcmdə ala bilmədikləri bildirilirdi. Məlumata görə, inşaatçılara pul vəsaitlərinin ödənilməməsi problemi son bir neçə ayda yaranıb, hətta şirkət rəhbərləri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə də görüşüblər. Görüşdən sonra Rövnəq Abdullayevin məsələ ilə bağlı Nazirlər Kabinetində əlaqələndirici şəxslə məsələni dəfələrlə müzakirə etdiyi, ancaq həmin vəsaitin SOCAR-a ödənilməsinə məsul olan yüksək vəzifəli məmurun bununla bağlı heç bir fəaliyyət göstərmədiyi, üstəlik, yaranmış problemin ölkə prezidentinin diqqətinə çatdırılmasına əngəl törətdiyi də xəbər verilirdi.
Məlumatda həmçinin bildirilirdi ki, yuxarıdakı siyahıda yalnız iri məbləğdə - on milyon maatdan başlayaraq yüz əlli milyon manata qədər alacağı olan şirkətlərin adı var. Təkcə bir şirkətdən aylardır əməkhaqqını ala bilməyən işçilərin sayı isə 450 nəfərdir. O da qeyd edilirdi ki, pulu tam ödəniləməyən tikinti-abadlıq işləri birinci Avropa Oyunlarına hazırlıq dövründə aparılıb, paytaxtın simasını daha da gözəlləşdirib və ən başlıcası, dövlətimizin başçısı, Oyunların Təşkilat Komitəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Amma vaxtında və yüksək keyfiyyətlə təhvil verilən işin müqabilində ödənilməli olan vəsaitin gecikdirilməsi minlərlə işçinin əməkhaqqısız qalmasına səbəb olub.
Məlumata görə, işlərin görülməsində istifadə edilən məhsul və avadanlıqların bir hissəsi borc alınıb və ödəmələrin gecikdirilməsi onları borca verən şirkətlərlə hesablaşmaları müşkülə salıb. Yəni bu problemdən əziyyət çəkən vətəndaşların və sahibkarların sayı zəncirvari şəkildə artıb.Bundan başqa, adları siyahıda olan şirkətlərin bəziləri Bakı şəhərinin müxtəlif ərazilərində, o cümlədən Olimpiya stadionunun ətrafında, Dənizkənarı Bulvar ərazisində abadlığın və yaşıllıqların qorunub-saxlanılmasına məsuldurlar. Lakin qulluq üçün tələb olunan vəsaitlər ödənilmədiyi üçün həmin yaşıllıqların baxımsızlıqdan məhv olmaq ehtimalı var. Təssüf ki, belə acınacaqlı vəziyyət ölkə rəhbərliyindən gizlədilir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə jurnalistlərlə keçirdiyi görüşdə hadisələrlə bağlı məlumatların bəzi hallarda ya gecikdiyini, ya gəlmədiyini, ya da gizlədildiyini bildirmişdi.Şirkət rəhbərləri ümid edirlər ki, məsələ ölkə başçısının diqqətinə çatdırılacağı təqdirdə dərhal həlli üçün göstəriş veriləcək.
Son durumu öyrənmək üçün müraciət etdiyimiz mənbələrdə bildirdilər ki, məlumatın ölkə rəhbərlyinə çatdırılması hələ də ləngidilir ki, bu da həm şirkət rəhbərlərinin nigaranlığına və narahatlığına, əməkhaqqı ala bilməyən sadə vətəndaşların isə narazılığının artmasına səbəb olur.



































































































