İlham Əliyev "Yasəmən" hotelinin yeni korpusları ilə tanış oldu - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, "Yasəmən" hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Orijinal görkəminə uyğun üslubda bərpa edilən "Yasəmən" hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev ...