Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.
Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Bizim.Media
































































































