İran ABŞ ilə danışıqların bərpası ilə bağlı yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Fars News” agentliyi məlumat yayıb.
Agentliyin danışıqlar qrupuna yaxın olduğunu bildirdiyi mənbənin sözlərinə görə, İran Vaşinqtonla danışıqların bərpası üçün heç bir müraciət etməyib.
Mənbə qeyd edib ki, İsrailə yaxın bəzi media orqanlarında İranın ABŞ ilə yenidən danışıqlara başlamaq istədiyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bildirilib ki, ABŞ mövqeyini dəyişməyənə qədər İran tərəfi ilə hər hansı danışıqların aparılması mümkün deyil.
Bizim.Media




























































































