Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Vətəndaşların həyətlərində saxladığı toyuqlar da vaksin olunacaq? – RƏSMİ AÇIQLAMA

624457

“Kənd toyuğu” qida rasionumuzda önəmli yer tutur. Çünki əksəriyyət bu toyuqları daha sağlam və keyfiyyətli hesab edir.

Halbuki, fərdi həyətlərdə bəslənilən toyuq-cücə çox zaman baytar nəzarətindən kənarda qalır. Hər hansı bir xəstəliyə qarşı peyvənd edilmir. Lakin quşçuluq fabrikində bu məsələ xüsusi nəzarətdə saxlanılır.

Bəs, “kənd toyuqları” niyə peyvənd olunmur?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Nazirlikdən Bizim.Media-ya bildirilib ki, dövlət tərəfindən fərdi həyətlərdəki toyuq-cücə üçün vaksinasiya tədbirləri həyata keçirilmir:

“Bu Baytarlıq Xidmətinin funksional vəzifəsi deyil. Amma fərdi qaydada yerli baytarlıq şöbəsinə müraciət edən şəxslərin quşlarına qarşı profilaktik tədbirlər həyata keçirilir. Bu vəziyyətdə isə vaksini vətəndaş alır, baytar həkimi də vaksinasiyanı aparır”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bu məsələdə hər hansı məcburiyyətin olmadığı qeyd edilib:

“Bu vətəndaşın istəyinə bağlı məsələdir. Üstəlik, AQTA nın vəzifəsi xəstəliyi müəyyən etməkdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin