Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

Hazırda oxunan: Monteneqroda baş verən cinayətin izi Azərbaycana qədər uzandı... – DETALLAR

624595

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu əsasında bu ölkədə törədilən ağır cinayətlə bağlı Azərbaycanda DNT tədqiqatı aparılıb.

Bu barədə Bizim.Media Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqronun Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib. Sorğu Monteneqro ərazisində baş vermiş qəsdən adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim olunub.
 

Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Rövşən Səmədovdan, habelə cinayətin törədilməsindən sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə zəruri DNT nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi xahiş olunub.


İstintaq idarəsi tərəfindən sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb, müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı aparılıb və DNT profilləri əldə edilib.

Hüquqi yardım sorğusunun icrası nəticəsində toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqronun səlahiyyətli orqanına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin