Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

Hazırda oxunan: Orxan Amaşov: “Kolonializm həm də insanların şüurunun idarə olunmasına yönəlib” – FOTO

624587

“Kolonializm təkcə ərazilərin və təbii sərvətlərin nəzarət altına alınması deyil, həm də insanların düşüncə tərzinə, dilinə və milli kimliyinə təsir göstərməklə onların şüurunun idarə olunmasına yönəlmiş siyasətdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri "ANEWZ" beynəlxalq xəbər telekanalının baş redaktor müavini Orxan Amaşov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda keçirilən konfransda moderator qismində çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO


O bildirib ki, kolonial idarəetmə uzun illər ərzində təkcə fiziki nəzarət mexanizmlərindən deyil, həm də media və informasiya vasitələrindən istifadə edərək xalqların dili, kimliyi və düşüncə tərzi üzərində təsir yaratmağa çalışıb.

O.Amaşov qeyd edib ki, müasir dövrdə rəqəmsal media və süni intellekt dekolonizasiya ilə bağlı mövzuların, eləcə də yerli xalqların səsinin daha geniş auditoriyaya çatdırılması üçün yeni imkanlar yaradır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin