Məlum olduğu kimi, Şuşada 13-14 iyul tarixlərində 4-cü Qlobal Media Forumu keçiriləcək.
Bizim.Media xəbər verir ki, “AzTV” dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacağı Forumla bağlı videoreportaj hazırlayıb.
Materialda bildirilib ki, 2022-ci ildə ilk dəfə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib.
İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.
Daha ətraflı videoda:
Bizim.Media































































































