Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

Hazırda oxunan: Niyə Sovet vaxtı döşəmələri qəhvəyi rəngə boyayırdılar? – Səbəbi təəccübləndirəcək

624613

Sovet dövründə, hətta ondan sonrakı illərdə də postsovet ölkələrində döşəmələri qəhvəyi, yaxud qırmızımtıl qəhvəyi rəngə boyayırdılar. Hətta günümüzdə də kənd-şəhər fərq eləməz köhnə evlərdə belə boyanmış taxta döşəmələr mövcuddur. İlk baxışdan bu rəng o dövrün dəbi kimi görünə bilər, amma əslində onun populyarlığı tamamilə fərqli səbəblərdən qaynaqlanırdı.

Bizim.Media xəbər verir ki, uzun illər ərzində PF-26 yağlı boyası SSRİ-də əsas döşəmə materialı olub. Onun tərkibində kimyəvi maddələrdən çox bitki yağları (əksər hallarda kətan və ya günəbaxan yağı) istifadə edilirdi, alkid lakı isə evdə həşəratların qarşısının alınmasında əvəzsiz idi.
 

Bu boyanın populyarlığının digər bir səbəbi onun davamlılığı idi. Əksər Sovet evlərində döşəmələr şam və ya küknar ağacından hazırlanmış taxtalardan salınırdı ki, onlar da tez aşınır və nəmi özünə çəkirdi. PF-26 boyası quruduqdan sonra ağacı nəmdən, çirkdən və mexaniki aşınmadan qoruyan davamlı, parlaq bir təbəqə əmələ gətirirdi. Su ilə müntəzəm yuyulmağa yaxşı dözürdü, xlor əsaslı məhlullara davamlı idi, döşəməni uzun müddət səliqəli saxlayırdı.


Bundan əlavə, mebelləri yerləşdirərkən və ya yerini dəyişdirərkən qaçılmaz olaraq ortaya çıxan kiçik cızıqlar, aşınmalar az nəzərə çarpırdı.

Burada dövlət siyasəti də əhəmiyyətli rol oynayırdı. İqtisadiyyat o qədər planlı qurulmuşdu ki, bir çox fərqli variant istehsal etməkdənsə, tək, universal, ucuz və davamlı boya təklif etmək daha sərfəli idi. Buna görə də, qəhvəyi boya yaşayış və ictimai məkanlar üçün standart hala gətirildi.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin