“Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq platformalar media tərəfindən kifayət qədər işıqlandırılmayan icmaların və xalqların səsinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Kanadanın “Panjab TV” kanalının beynəlxalq siyasi məsələlər üzrə müxbiri Harprit Sinqh “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” konfransında söyləyib.
MÖVZU İLƏ BAĞLI:
BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO
O qeyd edib ki, Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və Avropada yaşayan siqh icmaları üçün icma mediası təkcə jurnalistika deyil, həm də mədəni irsin qorunması, demokratik iştirak və öz müqəddəratını ifadə etmək vasitəsidir.
Onun sözlərinə görə, siqh jurnalistləri və müstəqil media qurumları uzun illərdir insan hüquqları və azadlıqları ilə bağlı məsələləri gündəmə gətirməyə çalışır, lakin bu fəaliyyət zamanı təzyiqlər və müxtəlif maneələrlə qarşılaşırlar.
Harprit Sinqh bildirib ki, bu cür beynəlxalq konfranslar və Azərbaycanın yaratdığı dialoq platformaları bu səslərin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verir.

Bizim.Media


































































































