Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Baş Prokurorluqdan Tbilisidə öldürülən Fatimə ilə bağlı AÇIQLAMA
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi türkiyəli və azərbaycanlı həmkarlarla sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, Fatimə Kərimova iyunun 27-də Tbilsidə qətlə yetirilib. Hadisəni törədən qohumu -Emin Əliyev də Azərbaycan vətəndaşıdır. Gürcüstanın Baş Prokurorluğu ona qarşı ağırlaşdırıcı hallarda xarici vətəndaşın qəsdən qətlə yetirilməsi ittihamı irəli sürüb. Bu cinayət əməlinə görə 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.
Bizim.Media


































































































