Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ
"Horadiz-Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttinin inşası isə son mərhələyə çatıb".
Bizim.Media xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bir çox şirkət bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirməkdə maraqlıdır.
"Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək".
V.Hacıyev qeyd edib ki, Böyük Qayıdış təkcə insanların doğma yurdlarına qayıt...