Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...
Bakının Nizami rayonunun bəzi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media ...