IV Şuşa Qlobal Media Forumu keçiriləcək – TARİX AÇIQLANDI
Şuşada 13-14 iyul tarixlərində 4-cü Qlobal Media Forumu keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinə (MEDİA) məlumat yayıb.
Artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunacaq.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq.
Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəs...