Qadın uşaqlarına aliment ödəmir – Borc 15 min manatı keçib – VİDEO

Hazırda oxunan: Qadın uşaqlarına aliment ödəmir – Borc 15 min manatı keçib – VİDEO

624352

Beş il əvvəl həyat yoldaşından ayrılan qadın keçmiş ərində qalan uşaqlarına aliment ödəmir. Belə bir iddia ilə Goranboyun Qaradağlı kəndində yaşayan Şəfiqə İbrahimova çıxış edib.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, qadının iddiasına görə, Samux rayon sakini olan kiçik gəlini Günel Abdullayeva ilə oğlunun nikahı 2021-ci ildə pozulub.
 

Məhkəmənin qərarı ilə 7 yaşlı oğlan və 4 yaşlı qız atanın himayəsinə verilib. Onlara ananın ödməli olduğu müəyyən məbləğdə aliment kəsilib. Amma bu illər ərzində ana nə uşaqlarını görməyə gəlib, nə də alimenti ödəyib.


Goranboy sakini Şəfiqə İbrahimova bildirir ki, ötən illər ərzində yığılıb qalan aliment 15 min manatı keçib. Gəlini hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır.

Yaranmış vəziyyətlə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib. Nazirlikdən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin