Qərbi Kaspi Universitetində tələbə borcu qalmaqalı yenidən GÜNDƏMDƏ – AÇIQLAMA

Hazırda oxunan: Qərbi Kaspi Universitetində tələbə borcu qalmaqalı yenidən GÜNDƏMDƏ – AÇIQLAMA

624288

Məlum olduğu kimi, bir müddət əvvəl Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən müəyyən məbləğdə ödəniş tələb edilirdi. Universitetdən isə bildirildi ki, səbəb tələbələrin təhsili üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri qaytarılmasıdır.

Ancaq Elm və Təhsil Nazirliyinin açıqlamasında isə qeyd olunmuşdu ki, tələbələrdən ödəniş tələb edilməsi qanunvericiliyə ziddir.

Bu müddət ərzində məsələnin həll olunduğu deyilsə də, bəzi tələbələrin iddialarına görə adlarının qarşısındakı borc məbləği olduğu kimi qalır.

İddialar nə qədər doğrudur? Bu hal məzunlara diplomlarının verilməsinə təsir edəcək?

Qərbi Kaspi Universitetindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzuyla əlaqədar anlaşılmazlıq yaranıb:

"Məsələylə bağlı tələbələrə müvafiq məlumat verilib. Yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hazırda qeyd olunan məsələ ilə bağlı hər hansı problem mövcud deyil", -deyə universitet iddiaları təkzib edib.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin