Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI - RƏSMİ
Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkədə orta maaş 6,5 % artmışdı.
Bizim.Media...