Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

Hazırda oxunan: Keçmiş arvadını öldürüb, özünü güllələyən şəxsin SON DURUMU – ÖZƏL

624392

Xəbər verdiyimiz kimi, dünən Bakıda silahlı insident baş verib. Hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.

Həmin şəxsin hazırkı vəziyyəti ilə bağlı Bizim.Media “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə sorğu ünvanlayıb.

TƏBİB-dən bildirilib ki, 09.07.2026-cı il tarixində baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edilib ki, gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin