Avtomobillər üzrə avtonom nəqliyyat vasitələrinin fərqləndirilməsi üçün xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə görə, avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilmiş nəqliyyat vasitələrinin arxasında eni 200 mm ölçüdə, hündürlüyü 250 mm ölçüdə ağ haşiyəyə alınmış göy rəngli düzbucaq şəklində tanınma nişanı quraşdırılacaq, yol hərəkətinin digər iştirakçılarını xəbərdar etmək məqsədilə lövhənin yuxarı hissəsində simsiz ötürülmə dalğaları təsvir edilmiş avtomobil simvolu, aşağı hissəsində isə ağ rənglə “AVTONOM NƏQLİYYAT VASİTƏSİ” sözləri yazılacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media






























































































