Türkmənistan Azərbaycanda öz səfirliyinin yeni inzibati binasının tikintisini planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, Türkmənistan Tikinti və Memarlıq Nazirliyi Azərbaycan Respublikasındakı Türkmənistan səfirliyi üçün inzibati binanın tikintisi üzrə beynəlxalq müsabiqə elan edir.
Maraqlı tərəflərin müraciətləri və təklifləri müəyyən edilmiş qaydada Türkmənistan Tikinti və Memarlıq Nazirliyinin Marketinq və Xarici İqtisadi Əlaqələr Departamentində 19 avqust 2026-cı il tarixinədək qəbul edilir və qeydiyyata alınır.
Bizim.Media






























































































