Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, tərəfdaşlıq prioritetləri, yeni ikitərəfli saziş üzrə danışıqlar, enerji və nəqliyyat bağlantıları, iqlim əməkdaşlığı, habelə regional məsələlər müzakirə olunub.
Nazir müavini Azərbaycan ilə Aİ arasında son dövrdə yüksək səviyyəli təmasların intensivləşdiyini, enerji, ticarət və bağlantılar sahələrində əməkdaşlığın gen...