Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz qardaşlıq - V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Özbəkistanda keçirilən təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.
Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırlma...