Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Hazırda oxunan: Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

640654

"Ələt Azad İqtisadi Zonasında tikilməkdə olan ilk beynəlxalq yük (karqo) hava limanı 2027-ci il aprelin sonunda istifadəyə veriləcək".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, birinci mərhələdə hava limanının karqo gücü ildə 500 000 ton olacaq:

"Daha sonra tədricən artaraq ildə ən azı 2 milyon tona çatacaq. ƏAİZ daxilindəki karqo hava limanı ənənəvi gömrük rəsmiləşdirilməsi maneələrini, mürəkkəb tranzit logistikanı və ikili təyinatlı bürokrataik nəzarəti aradan qaldıracaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin