Təhsil tələbə kreditlərinə müraciət başlayır - SABAHDAN
3 avqust tarixindən etibarən 2026-2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü başlayır.
Təhsil Tələbə Krediti Fondunun (TTKF) Bizim.Media-ya verdiyi məlumata görə, müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul edəcək.
Dövlət İmtahan Mərkəzinin qəbul müsabiqəsinin nəticələrinə əsasən magistratura səviyyəsinə yeni qəbul olunmuş tələbələr, eləcə də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr həmin tarixdən etibarən portal üzərindən sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün isə müraciətlər ixtisas seç...