Xəstələr nə vaxt dərmanları pulsuz alacaq, ilk növbədə kimlərə şamil olunacaq?
Ambulator şəraitdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin ediləcəyi xəbəri cəmiyyət tərəfindən müsbət qarşılandı. Çünki bu yeniliyin vətəndaşların dərman xərclərini azaldacağı və müalicəyə əlçatanlığı artıracağı gözlənilirdi. Lakin indiyədək bu mexanizmin praktik tətbiqi geniş şəkildə hiss olunmur və vətəndaşlar onun nə vaxt tam şəkildə həyata keçiriləcəyini səbirsizliklə gözləyirlər.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Mütəxəssislərin fikrincə, xüsusilə xroniki, onkoloji, kardioloji xəstəliklər zamanı dərman xərclərinin qarşılanması həm müalicənin davamlılığının təmin edilməsi, həm də vətəndaşla...