Fuat Oktay Azərbaycan Prezidentini və xalqını TƏBRİK ETDİ
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri cənab Prezident.
Dost və qardaş Azərbaycan xalqının azadlığa, müstəqilliyə sarsılmaz inamının rəmzi olan 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Zati-alinizi, Azərbaycan Hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini minnətdarlıq və ehtiramla yad edirəm.
Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi böyük nailiyyətlər nəticəsində Vətən ...