Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

Hazırda oxunan: Vellinqton hava limanında YANĞIN - Sərnişinlər təxliyə edilib

618898

Yeni Zelandiyanın Vellinqton hava limanında (Ronqotai hava limanı) yanğın baş verib.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın yanğınsöndürmə-xilasetmə xidmətinin nümayəndəsi məlumat verib.

Yanğın nəticəsində sərnişinlər təxliyə edilib, aviareyslərin istiqaməti müvəqqəti olaraq dəyişdirilib.

Məlumata görə, hadisə yerinə hava limanının yanğınsöndürmə heyətləri göndərilib.

O əlavə edib ki, hazırda yanğının səbəbi məlum deyil.
 

Vellinqton hava limanının məlumatında qeyd olunur ki, terminalın əsas binasında təxliyə həyata keçirilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.


"Vellinqtona reysler müvəqqəti olaraq başqa istiqamətlərə yönləndirilib. Sərnişinlərin öz reysləri haqqında məlumatı aviaşirkətlərdən dəqiqləşdirməsi tövsiyə olunur", - qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin