Dünyanın ən tanınmış müasir rəssamlarından biri olan Devid Hokni vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə rəssamın mətbuat katibi Erika Bolton məlumat yayıb.
Britaniyalı rəssamın 88 yaşında dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Hokni Böyük Britaniyanın müasir incəsənətinin əsas simalarından biri və pop-art cərəyanının ən məşhur nümayəndələrindən hesab olunur. Rəssam geniş şöhrəti 1960-cı illərdə qazanıb.
O, bir müddət hərraclarda satılan əsərlərinin qiymətinə görə müasir rəssamlar arasında rekordçu olub.
"Rəssamın portreti (İki fiqurlu hovuz)" 2018-ci ildə Nyu-Yorkun "Christie's" hərrac evində 90,3 milyon dollara satılaraq rekord vurub.
Bizim.Media

































































































