İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı - FOTO

618899

İrandan Azərbaycana PUA ilə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Axtarışlar zamanı sərhədyanı ərazidən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə – marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin