Vergi Xidmətinin vəzifəli şəxsləri həbs edildi –200 min RÜŞVƏT alıblar - ADLAR
Sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər ifşa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumatı yayıb.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun t...