16 gün qaz olmayacaq – BU ƏRAZİLƏRDƏ
Sabahdan etibarən 16 gün ərzində Samux, Şəmkir və Qazax rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə bağlı avqustun 5-i saat 18:00-dan avqustun 20-də işlər başa çatanadək Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələrinin, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndlərinin, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələrinin, Mahmudlu, Keçili, Yeniabad, Çaparl...