Ancelina Coli və Bred Pitin toyundan ilk fotolar

Hazırda oxunan: Ancelina Coli və Bred Pitin toyundan ilk fotolar

53911
Hollivudun məşhur cütlüklərindən biri olan Bred Pitt və Ancelina Colinin toyundan ilk fotolar yayımlanıb. 

Pittlə Coli evlilik şəkillərini eksklüziv olaraq “Hello!” və "People" jurnalı üçün paylaşıb. Dərgilərin üz qabığını bəzəyən şəkillərdə cütlük olduqca xoşbəxt görünür. Gəlinlik seçimində Coli Atelier Versace brendinin dizayneri Luici Massiyə etibar edib: "Luici ailəmizin bir üzvüdür və belə bir özəl gündə ondan başqasına etibar edə bilməzdim". 

Toy mərasimində övladlarının iştirakına xüsusi diqqət yetirən Colinin libasının üzərində uşaqları rəngarəng şəkillər çəkiblər. Versacenin hazırladığı möhtəşəm ipək gəlinlik onların iştirakı ilə bir “sənət əsərinə” çevrilib. Qeyd edək ki, Coli-Pitt cütlüyünün toyu avqustun 23-də onların Fransadakı "Chateau Miraval" qəsrində baş tutub.(ans)




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin